Untitled Document
 Dr. Sadiq Bəbirov Bizimlə əlaqə, bizə yazın

   haqqında | xəstəliklər |müayinələr| müalicələr| video | foto
 
QALXANABƏNZƏR VƏZ, UR (ZOB) NƏDİR ?
DÜYÜNLÜ URLAR
TOKSİKİ URLAR
TİREOİDİTLƏR
QALXANABƏNZƏR VƏZİN XƏRÇƏNGİ

 
QALXANABƏNZƏR VƏZİN XƏRÇƏNGİ

Qalxanvari vəzin əsasən 4 tip xərçəngi rast gəlinir.

1. PAPİLYAR TİP: Bu xərçəng növləri adətən 20-50 yaş arasında, qadınlarda kişilərə nisbətən 3 dəfə artıq müşahidə edilir. Uşaqlarda da tez-tez rast gəlinən qalxanvari vəzin xərçəngi, məhz bu növdür. Ümumiyyətlə qalxanvari vəz xərçənglərinin  80%-i bu növdür. Çox vaxt papilyar xərçənglər insanlarda 1 sm-dən kiçik ölçüdə olaraq gizli şəkildə gedir. Aparılan statistik məlumatlara görə bu xərçəng növü əhalinin 2%-də rast gəlinir.  Bəzİ ölkələrdə isə bu rəqəm əhalinin  30%-i qədər yüksək rəqəmlərə çıxır (Yaponiya, Finlandiya). Buna səbəb yodla zəngin çoxlu miqdarda dəniz məhsullarının qida ilə qəbul olunmasının nəticəsində qalxanvari vəzin iltihablaşmasıdır. Bu da öz növbəsində qalxanvari vəz xərçəngi riskini artırır.

Papilyar xərçəngin müalicəsi cərrahidir. Xəstələrdə əməliyyatdan sonra 10 mm dən kiçik bir xərçəng olduğu aşkar olunarsa, bu xəstələrə yalnız hormonal müalicə aparılır. Lakin xərçəng limfa vəzilərinə metastaz vermişsə, eləcə də ətraf toxumalara keçmişsə, bu halda əməliyyatdan sonra 3 ay müddətində xəstəyə radioaktiv yod verilməyi məsləhət olunur. Bu müalicə istər vəzin yatağında qalan, istərsə də uzaq metastaz olmuş ola biləcək, gözlə görülməyən yeni xərçəngin baş qaldırma şübhəsini azaldır. Əgər xəstədə boyun limfa vəzilərində metastaz varsa, əməliyyat dövründə qalxanvari vəz, limfa vəziləri ilə bərabər paket halında çıxarılmalıdır.

Əməliyyatdan sonra xəstədə Tireoqlobulinin miqdarının  "0" yaxın olması, xəstəliyin müalicə olunması deməkdir. Amma bəzi hallarda Tireoqlobulin nəticələri yüksəlmədən də xəstəlik geri qayıda bilir.

 Xəstələrin  90 %-i tam müalicədən sonra sağlam həyatlarına qayıtdıqları üçün, papilyar xərçənglər, bütün xərçənglər içərisində, ən xoş xassəlisi hesab olunur.

2. FOLLİKULYAR TİP: Bu qrup xəstələr daha çox 40-60 yaş arası qadınlardır. Qalxanvari vəz xərçənglərinin  10 %-ni təşkil edirlər. Follikulyar xərçənglər qalxanvari vəz xərçəngləri içərisində, diaqnozu ən çətin qoyulan qrupdur. İstər əməliyyatdan əvvəl NİAPB-da, istrərsə də əməliyyat dövründə götürülmüş ekspress biopsiyada əldə edilmiş toxumada, bu xərçəngin varlığını müəyyən etmək, çox çətindir.

Müalicəsi papilyar tipdə olduğu kimidir. Lakin xərçəngin ölçüsündən asılı olmayaraq xəstələrə əməliyyatdan sonra radioaktiv yod verilməlidir. Xəstələrin 80%-i düzgün aparılan müalicədən sonra normal həyat tərzlərinə davam edə bilirlər.

3. MEDULYAR TİP: Genetik olanlar 1-20 yaş arasında müşahidə edilirkən, ailəvi olmayanlar 40 yaşından sonra və ən çox limfa vəzilərə metastaz verdikdən sonra aşkar edilir. Qalxanvari vəz xərçənglərinin 5%-ni təşkil edir. Müalicəsi metastaz olan tərəfdəki limfa vəziləri ilə birlikdə, qalxanvari vəzin tam çıxarılmasıdır. Əməliyyatdan sonra qanda kalsitoninin miqdarı nəzarətdə saxlanılmalıdır. Xəstələrin təqribən 60 %-i tam müalicədən sonra sağalırlar.

4. ANAPLASTİK TİP: Bu tip qalxanvari vəzin ən bədxassəlisi olub, bütün xərçənglərin 5 %-ni təşkil edir. Ümumilikdə 60 yaşdan  sonra rast gəlinir və uzun illər müalicəsiz qalmış papilyar və ya follikulyar xərçənglərin birdən birə sürətli böyüməsi ilə başlayır. Əksər vaxt artıq əməliyyat gec olur və xəstələrə qismən rahat olmaları üçün, şüa terapiyası məsləhət olunur. Bu xəstələrin ömrü çox qısa olur.

© 2011. Dr. Sadiq Bəbirov. Dizayn shaigim